Həyətlərində çətənə yetişdirən şəxslər saxlanıldı – FOTObackend

Həyətlərində çətənə yetişdirən şəxslər saxlanıldı - FOTO

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, araşdırmalarla onun rayonun Ənvər Məmmədxanlı kənd sakini Baris Rüstəmov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən və yaş çəkisi 38 kiloqrama yaxın olan 60 ədəd çətənə kolu, eləcə də evin eyvanından 83 qram marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı B.Rüstəmov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayonun Lək kənd sakini Xaləddin Mehdiyev də saxlanılıb. Həmin şəxsin yaşadığı ünvandan isə 4 ədəd çətənə bitkisi və 6 qrama yaxın marixuana aşkarlanıb.

Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*