Hidayət Ağayev vəzifədən AZAD EDİLDİ – YENİ TƏYİNATbackend

Hidayət Ağayev vəzifədən AZAD EDİLDİ - YENİ TƏYİNAT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin törəmə müəssisəsi “Az-Evro Tel” MMC-nin direktoru Hidayət Ağayev vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, şirkətə rəhbərlik Ramil Baxşiyevə həvalə olunub.

Xatırladaq ki, “Az-Evro Tel” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min ABŞ dollarıdır. Şirkət rabitə operatorudur, korporativ və fərdi istifadəçilərə geniş telekommunikasiya xidmətləri təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*