Hikmət Hacıyev: Biz regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirikbackend

Hikmət Hacıyev: Biz regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik

Sülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, regiondadır.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Biz ədalətə, bir-birinin ərazi bütövlü və suverenliyini tanımağa, bütün ərazi iddialarına son verməyə əsaslanan yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”, – Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, Avropa parlamentinin bəzi üzvləri Azərbaycana qarşı Azərbaycanafobiya və ya islamafobiyaya malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*