Hikmət Hacıyev İran səfirini qəbul etdibackend

Hikmət Hacıyev İran səfirini qəbul etdi

İranın Azərbaycandakı səfiri Abbas Musəvi Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə özü “Twitter” hesabında məlumat yayıb.

A. Musəvi söhbətin mövzusu barədə məlumat verməyib.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramov da Daşkənddə iranlı vəzifədaşı Hüseyn Əmir-Abdullahianla görüş keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*