Hikmət Hacıyev İrana səfər etdi – VİDEO (YENİLƏNİB)backend

Hikmət Hacıyev İrana səfər etdi - VİDEO (YENİLƏNİB)

Mayın 18-də İranın paytaxtı Tehran şəhərində Dialoq Forumu işə başlayıb.

KONKRET.az xəbər verir ki, Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

İran Prezidenti Məsud Pezeşkianın və 53 ölkədən nümayəndələrin iştirakı ilə açılışı keçirilən Dialoq Forumunda müxtəlif ölkələrin rəsmilərinin, o cümlədən nazirlərin, beyin mərkəzləri rəhbərlərinin və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulur.

Forum mayın 19-dək davam edəcək.

***

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak edir.

Qeyd edək ki, Tehran Dialoq Forumu iki gün davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*