Hindistan iki ballistik raket sınağını həyata keçirdibackend

Hindistan iki ballistik raket sınağını həyata keçirdi

Hindistan “Prithvi-II” və “Agni-I” qısamənzilli ballistik raketlərini sınaqdan keçirib.

KONKRET.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, raket sınaqları ölkənin şərqində yerləşən Odişa ştatının Çandipur poliqonunda Strateji Qüvvələr Komandanlığının nəzarəti altında baş tutub.

“Prithvi-II” və “Agni-I” raketləri Hindistanın strateji arsenalının əsas tərkib hissələrindəndir və yüksək dəqiqliklə zərbələr endirmək üçün nəzərdə tutulub.

Uçuş məsafəsi 250-350 kilometr arasında dəyişən “Prithvi-II” raketi 0,5 tondan 1 tonadək döyüş başlığı daşımaq qabiliyyətinə malikdir. Raket hədəfə yönəltmə üzrə ən müasir texnologiyalarla və raket əleyhinə vasitələrdən yayınma sistemləri ilə təchiz olunub. Onun mühərriki sovet istehsalı olan “V-755” zenit raket kompleksinin bazasında hazırlanıb.

“Agni-I” seriyasına aid ballistik raket isə Hindistan Müdafiə Nazirliyinin idarə olunan raketlərin hazırlanması proqramı çərçivəsində hazırlanıb. Hazırda ölkənin arsenalında bu seriyaya aid dörd raket mövcuddur. “Agni-I” raketinin uçuş məsafəsi 700 kilometrə çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*