Hindistan müharibədə Ermənistanı dəstəkləyibsə…-Dehlinin Bakı ilə dərdi nə?backend

Hindistan müharibədə Ermənistanı dəstəkləyibsə...- Dehlinin Bakı ilə dərdi nə?

Ermənistan xarici işlər naziri Ara Ayvazyan fevralın 19-da Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarın ilə telefonla danışıb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, həmsöhbətlər ənənəvi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan Ermənistan-Hindistan münasibətlərinin yüksək səviyyəsindən məmnun olduqlarını ifadə edərək ikitərəfli gündəliyin geniş spektrini müzakirə ediblər.

Ayvazyan Hindistanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib. Xəbərdə diqqətimizi çəkən isə bu məqam oldu: “Ara Ayvazyan həmkarına Azərbaycanın Artsaxa təcavüzü zamanı erməni xalqına göstərilən həmrəyliyə görə təşəkkür edib”.

KONKRET.az xatırladır ki, Azərbaycan keçmiş Sovet İttifaqının tərkib hissəsi olan zaman Hindistanla çox yaxın mədəni əlaqələri olub, bu ölkənin baş nazir olmuş Cəvahirləl Nehru və İndira Qandi Bakıya səfər də etmişdilər.

Hindistan Azərbaycanın dövlət müstəqilliyini 1991-ci ilin dekabrın 26-da rəsmən tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə həmin ilin 28 fevralında qurulub. Hindistanın Azərbaycanda səfirliyi 1999-cu ilin martında, Azərbaycanın Hindistanda səfirliyi 2004-cü ilin oktyabrında açılıb. Göründüyü kimi, Hindistanla diplomatik əlaqələrin də tarixi yeni deyil.

835815_4.jpg (119 KB)

2013-cü ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanda rəsmi səfərdə olub.
2017-ci ildə xarici işlər üzrə dövlət naziri, 2018-ci ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında isə bu ölkənin xarici işlər naziri xanım Suşma Svarac Azərbaycana səfərə gəliblər. 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin zirvə görüşündə də, vitse-prezident və Ayvazyanın təşəkkür etdiyi, hələ də xarici işlər naziri olan Subrahmanyam Jaishankarın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdi.

“Hindistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir”.

“Mən deyə bilərəm ki, həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də digər sənədlərdə Hindistan Azərbaycanın mövqeyini dəstəkləyir”. Bunu isə son olaraq Azərbaycanda olan Hindistanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə keçirilən görüşdən sonrakı mətbuat konfransında deyib.

Bəs, Ermənistan xarici işlər naziri hansı məqamlara söykənərək Hindistanın “artsax” adlı gorbagor olmuş bir rejimi, erməniləri dəstəklədəyini deyir? İnternet resurslardan Qarabağ müharibəsi zamanı Hindistanın Azərbaycana hansısa dəstəyi haqda məlumata rast gəlmədik.

sssss_244.jpg (36 KB)

Ola bilsin ki, Hindistanın o zamankı belə susqun mövqeyi Pakistanın Azərbaycana birmənalı dəstəyi ilə bağlıdır. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan və işğalçılıq siyasətinə etiraz olaraq Ermənistanı hələ də rəsmən tanımayan yeganə ölkədir.

Məlumdur ki, Britaniya 1947-ci ildə Hindistana azadlıq verməyə məcbur olandan sonra buddistlərlə müsəlmanlar arasında qanlı savaş başladı, həmin ilin avqustunda ingilis koloniyası Hindistan və Pakistan olmaqla iki hissəyə bölündü.

Tamamilə müsəlman olan kəsim Pakistanda cəmləşdi. Amma illərdir ki, Hindistanla Pakistan Kəşmir üçün savaşır. Bu səbəbdən sirr deyil ki, buddist Hindistanda müsəlman artıq din qardaşı yox, bəlkə də düşmən kimi görünür. Çünki daxili toqquşmalar məhz dini amil üzərindən baş verir. Nəhayət, son bir neçə ildir ki, bu ölkəyə hind millətçisi Narendra Modi rəhbərlik edir. Onun isə antiislamçı və müsəlmanlara nifrət olduğu barədə iddialar var.

Hindistanın Bakıdakı səfirliyinin də bu məsələ barədə mövqeyini öyrənməyə çalışacağıq. (müsavat.com)

  • Fətəliyev Rafaeln
    Fevral 22, 2021 - 10:15

    Еrmənilər məscidi donuz ferması edəndə niyə cavab vermədin ki Allah evini ziyarət gahı donuz ferması etmək olmaz u

  • Feyzullah
    Fevral 22, 2021 - 12:04

    TV kanalları indi də göstərsin hind filmi də görək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*