Hindistan Pakistana qarşı hücumları dayandırdı – Modi AÇIQLADIbackend

Hindistan Pakistana qarşı hücumları dayandırdı - Modi AÇIQLADI

Hindistanın baş naziri Narendra Modi Pakistan üzərinə hücumları dayandırdıqlarını açıqlayıb. Modi, bu qərarın Pakistanın gələcək hərəkətlərindən asılı olduğunu qeyd edib.

KONKRET.az xəbər verir ki, baş nazirin verdiyi açıqlamaya görə, Hindistan heç bir formada nüvə şantajını qəbul etməyəcək və belə təhdidlərə qarşı ciddi tədbirlər görüləcək:

“Hindistan heç bir halda nüvə şantajını qəbul etməyəcək. Biz belə təhdidlərin arxasında dayanan terror bazalarına qarşı sərt tədbirlər görəcəyik. Dövlət tərəfindən dəstəklənən terrorizm və terror təşkilatları arasında heç bir fərq olmayacaq.”

Modi, həmçinin Hindistanın terrorizmlə mübarizə məsələsində qətiyyətli olduğunu və bu kimi təhdidlərə qarşı öz mövqeyini sərtləşdirəcəyini vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*