Rusiya ordusuna qoşulan və Ukrayna müharibəsində iştirak edən 45 Hindistan vətəndaşı ordu sıralarından tərxis olunub.
KONKRET.az NDTV kanalına istinadən xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, daha 50 hindistanlı hələ də müharibə zonasındadır və onların vətənlərinə qaytarılması üçün səylər göstərilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az