Hindistanda sürücülər üçün hava filtrli xüsusi dəbilqə istehsal edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Yeni Dehlidə motosikletçilərin və velosipedçilərin istifadə etdiyi dəbilqə sürücülərə 6 saata qədər təmiz hava ilə nəfəs almağa kömək edir.
Təxminən 1 kiloqram çəkisi olan dəbilqənin qiyməti 56 dollardır.
Bir il ərzində təxminən 30 milyon insanın hava filtri dəbilqəsini alacağı təxmin edilir. Qış aylarında dəbilqənin daha yüngül və ucuz variantının bazara çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Yeni Dehli dünyanın ən çirkli havası olan 50 şəhərdən biridir.
İqbal Rzayev,
KONKRET.az