Hindistan torpaqlarımızı işğal altında saxlayır, lakin…backend

Hindistan torpaqlarımızı işğal altında saxlayır, lakin…

Hindistan qanunsuz şəkildə bölgədə su axınını dayandırır.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

O bildirib ki, Hindistanın Pakistana qarşı hücumu zamanı ECO ölkələrinin onlara verdiyi dəstəyi yüksək qiymətləndirir.

“Hazırda Hindistan Pakistanın bəzi torpaqlarını işğal altında saxlayır. Lakin bütün bu gərginliyə baxmayaraq, biz münaqişəni sülh yolu ilə həll etməyə üstünlük veririk və öz gücümüzə arxalanırıq. Eyni zamanda, Hindistanın qanunsuz şəkildə bölgəyə su axınını dayandırması yerli əhalini çox çətin vəziyyətdə qoyur. Digər tərəfdən, Qəzzada baş verən humanitar böhran da təxirəsalınmaz və təsirli addımların atılmasını tələb edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*