Hindistan və Çin qoşunlarını mübahisəli ərazidən çəkirbackend

Hindistan və Çin qoşunlarını mübahisəli ərazidən çəkir

Hindistan və Çin bu həftə qoşunlarının Ladaxdakı faktiki nəzarət xəttindən çıxarılması və ikitərəfli sərhədin bu hissəsindəki vəziyyətin normallaşdırılması ilə bağlı yeni danışıqlar aparmağa hazırlaşırlar.

KONKRET.az xəbər verir ki, bu barədə “The Hindu” ölkənin hərbi mənbələrinə istinadən məlumat yayıb.

“Müzakirələrdə Hindistan Qogre və Hot Sprinqs dağlıq yüksəkliklərdə əsgərlərin erkən ayrılmasına və Depsanq düzənliyindəki hərbi personalın birdəfəlik çəkilməsinə dair məsələyə həll axtarmağa israr edəcək”,- deyə bildirilir.

Bu günə qədər Hindistan və Çin Ladaxdakı vəziyyəti normallaşdırmaq üçün 10 turdan ibarət hərbi-diplomatik danışıqlar aparıblar.

Qeyd edilir ki, iki ölkənin rəsmiləri qoşunların geri çəkilmə prosesindən razıdırlar və Ladaxdakı vəziyyəti sabitləşdirmək üçün gələcək konkret addımları nəzərdən keçirirlər.

Xatırladaq ki, Ladax ərazisində sərhəddəki vəziyyət 2020-ci ilin mayında təxminən, 250 Çin və Hindistan əsgərinin iştirak etdiyi qarşıdurmalardan sonra kəskinləşmişdi.

10 fevralda tərəflər sərhəddəki mübahisəli ərazilərdən qoşunlarını qarşılıqlı geri çəkməyə başlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*