Hindistan və Rusiyadan “S-400” müzakirəsi: Nə baş verir?backend

Hindistan və Rusiyadan "S-400" müzakirəsi: Nə baş verir?

Hindistan və Rusiya müdafiə sahəsində strateji əməkdaşlığın gücləndirilməsi çərçivəsində S-400 zenit-raket komplekslərinin qısa müddətdə tədarükü, Su-30MKI qırıcılarının modernləşdirilməsi və digər həyati vacib hərbi texnikaların alınması məsələlərini müzakirə ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi iki ölkənin müdafiə nazirləri arasında keçirilmiş görüşdən sonra məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, bu görüş son dövrlərdə Hindistan və Rusiya arasında baş tutan ən vacib danışıqlardan biri olub. Tərəflər görüş zamanı “Sindhur” əməliyyatı və onun yaratdığı nəticələr fonunda hava hücumundan müdafiə sistemləri, hava-hava tipli raketlər, müasir texnologiyalar və aviasiya platformalarının modernləşdirilməsi kimi sahələrdə əməkdaşlığın zəruriliyini vurğulayıblar.

Tərəflər eyni zamanda müdafiə sənayesində ortaq istehsal imkanlarını və texnoloji mübadilə mexanizmlərini də nəzərdən keçiriblər. Hindistan Müdafiə Nazirliyi əlavə edib ki, bu əməkdaşlıq ölkənin müdafiə potensialının artırılmasında mühüm rol oynayacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*