Hindistanda avtobus qəzası baş verdi, ölənlər varbackend

Hindistanda avtobus qəzası baş verdi, ölənlər var

Hindistanın şimalındakı Uttar Pradeş ştatında ötən gecə iki avtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

KONKRET.az NDTV-yə istinadən xəbər verir ki, toy məclisindən qayıdanları daşıyan avtobus Aqra-Çandausi magistral yolunda hərəkət edərkən Laharavan kəndi yaxınlığında təkəri partlayıb. Buna görə də yolun kənarında dayandığı vaxt başqa bir avtobus ona çırpılıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*