Hindistanda məmur telefonuna görə su anbarını boşaltdırdıbackend

Hindistanda məmur telefonuna görə su anbarını boşaltdırdı

Hindistanda hökumət rəsmisi suya düşən telefonunu tapmaq üçün su anbarını boşaltdırıb.

KONKRET.az BBC-yə istinadla xəbər verir ki, Rajes Vişvas adlı məmur telefonunu tapmaq üçün əvvəlcə bölgədəki dalğıclara müraciət edib. Səylər nəticəsiz qaldıqdan sonra su nasosları işə salınıb.

Telefonu xilas etmək üçün işə salınan su nasosu 3 gündə 2 milyon litr suyu anbardan boşaldıb.

Hadisədən sonra həmin məmur haqqında qanun pozuntusuna görə araşdırma başladılıb. Vişvas, telefonunda dövlətin gizli sənədlərinin olduğunu iddia edib.
Qeyd edək ki, axıdılan su 600 hektar kənd təsərrüfatı sahəsini suvarmağa kifayət edəcək qədər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*