Hindistanda polis həmkarlarını güllələdi: məzuniyyətə görə…backend

Hindistanda polis həmkarlarını güllələdi: məzuniyyətə görə...

Hindistanın orta bölgəsindəki Çattisqarh ştatının Narayanpur dairəsində Hindistan – Tibet Sərhəd Polis Gücü (İTBP) düşərgəsində polis nəfərinin qəflətən həmkarlarına xidməti silahından atəş açması nəticəsində 6 nəfər ölüb, 2 nəfər də yaralanıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, ştat mərkəzi Raipur şəhərinin 350 kilometrliyində baş verən hadisə zamanı polis baş müfəttişinin bildirdiyinə görə, 5 həmkarını öldürən konstebl Məsudul Rəhman daha sonra özünü güllələyib.

Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, atəş açan polis ona məzuniyyət verilmədiyi üçün əsəbiləşibmiş.

Yaralananlar Raipurdakı xəstəxanaya yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*