Hindistanda polis sakinlərə atəş açdı: ÖLƏNLƏR VARbackend

Hindistanda polis sakinlərə atəş açdı: ÖLƏNLƏR VAR

Hindistanın şərqindəki Assam ştatında polislər bir qrup sakinə atəş açıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu gün baş vermiş hadisə nəticəsində 6 nəfər həlak olub.

Qeyd olunur ki, polis əməkdaşları qanunsuz oduncaq daşıyan yük maşınını saxlayıb. Yerli sakinlər baş verənləri izləmək üçün toplaşıb və yekunda polis atəş açmağa başlayıb.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Ştat rəhbərliyi həlak olanların ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*