Hindistanda təhsil almaq istəyənlərin diqqətinə!backend

Hindistanda təhsil almaq istəyənlərin diqqətinə!

2022-2023-cü tədris ili üçün Hindistanın Mədəniyyət Məsələləri üzrə Şurasının (ICCR) yenidən hazırlanmış Ümumi Təqaüd Sxeminə (A1201) əsasən Hindistan universitetlərində/institutlarında təqaüd proqramları elan olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətlərin təqdim edilməsi üçün son tarix aprelin 30-dur.

Eyni zamanda vurğulanıb ki, qəbul zamanı ərizəçinin yaşı 18-ə çatmış olmalı və 30-dan çox olmamalıdır. 2022-2023-cü tədris ili üçün tibb, feldşer (tibb işi/fizioterapiya/anesteziya və s.), moda elmləri, hüquq, eləcə də inteqrasiya edilmiş Bakalavriatura (5 illik), Elm üzrə Bakalavriatura və Elm üzrə Magistraturaya (5 illik) və s. qəbul aparılmır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*