Hindistanda yaşayış binasında yanğın – 7 nəfər öldü, 15 nəfər yaralandıbackend

Hindistanda yaşayış binasında yanğın - 7 nəfər öldü, 15 nəfər yaralandı

Hindistanın Mumbay şəhərində yaşayış binasındakı yanğın nəticəsində azı 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mumbayın meri Kişori Pednekar məlumat verib.

Bildirilib ki, hadisə Mumbayın Qovaliya-Tank rayonunda 20 mərtəbəli binanın 18-ci mərtəbəsində baş verib. Yanğın baş verən əraziyə xilasedicilər, 13 yanğınsöndürən maşın cəlb edilib.

Hadisənin səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*