Bu gün Cənubi Qafqazda ermənilər üçün bir hind hekayəsi var. Söhbət Ermənistanın xarici siyasətində Hindistan amilidir. Artıq heç kimə sirr deyil ki, sözügedən ölkə Ermənistana silah satır, onun bütün sahələrdə əlaqələrini inkiaf etdirir. Bu yaxınlarda Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində deyib ki, Ermənistanın suverenliyi və ərazi bütövlüyünə bütün formalarda dəstək verməyə hazırdır. Əlbəttə, hindli nazir bunu deyərkən Zəngəzur dəhlizi ilə bağlı gedən proseslərə fokuslanıb.
Amma bütün bunlara baxmayaraq, Hindistan Ermənistandan çox öz maraqları haqqında düşünür. Diplomatik bəyanatlar isə qarşı tərəfi məmnun etmək və yeni danışıqlarda cəzibə qüvvəsi yaratmaqdan başqa bir şey deyil. Ümumiyyətlə, Hindistan Pakistandan yan keçməklə daha çox Hindistanla Orta Asiya regionu arasında kommunikasiyaya diqqət yetirir.
Yumşaq desək, Hindistan üçün əsas diqqət çəkən layihələrdən biri Şimal-Cənub dəhlizidir. Dehlinin İranla İranın Çabahar limanının modernləşdirilməsi və istismarına dair imzaladığı on illik müqavilə də çox mətləblərdən xəbər verir. Şimal-Cənub həm də Hindistanın baş naziri Modinin iyulun 8-də Moskvaya səfərinin gündəmindəki əsas məsələlərdən biri olub. Hindistan rəqibi Pakistandan yan keçməklə Mərkəzi Asiya ölkələri və Əfqanıstanla kommunikasiya əlaqələrinin quurlmasında çox maraqqlıdır.
Erməni analitikləri isə Qafqazda Pakistanın hərbi-siyasi müttəfiqi barədə “ağızdolusu” danışır və vurğulayırlar ki, Azərbaycan Prezidentinin bir neçə gün əvvəl Pakistana səfərində dəhlizin başqa versiyası üzərində müzakirələr aparılıb.
Siyasi təhlilçilər İranın digər rəqibi olan Çinin Pakistanla sıx əməkdaşlığına diqqəti yönəldib. Məsələ burasındadır ki, qlobal rəqabətin əsas predmetlərindən biri olan Çinlə Hindistanın ulduzu barışmır və yəqin ki, yaxın on illiklərdə də elə belə də davam edəcək. O ölkə ki bu yaxınlarda Pakistanın hərbi-siyasi müttəfiqi olan Azərbaycanla strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb.
Erməni ekspertlər belə hesab edir ki, Şimal-Cənub layihəsi məsələsində Hindistan Azərbaycandan asılı olmaq istəmir: “Çünki bu, mahiyyətcə Pakistandan da asılılıq demək olardı. Amma alternativ İran-Ermənistan-Gürcüstan marşrutudur, lakin bu marşrutda Rusiya-Gürcüstan “blok”u var.
Çox güman ki, Modi Putinlə blokada məsələsinin həlli perspektivlərini müzakirə edib. Moskva və Tehran hazırda Azərbaycan ərazisindən Şimal-Cənub istiqamətini inkişaf etdirir. Bu da obyektivdir, çünki Gürcüstan-Rusiya əlaqəsi məsələsi mürəkkəbdir. Burada isə Hindistan üçün başqa bir məsələ əhəmiyyət kəsb edir: Orta Dəhlizin dəyişdirilməsi, başqa sözlə, Orta Asiyanın İranın Çabaharı vasitəsilə Ermənistan, Gürcüstan və Qara dənizə bağlanması. Bu, əlbəttə ki, Azərbaycan-Ermənistan-Türkiyə variantından, hətta Azərbaycan, Gürcüstan, Qara dəniz və ya Türkiyədən bir qədər uzundur.
Amma burada Dehli çalışmalıdır ki, Ermənistanın maraqlarına uyğun olaraq ölkənin tam suverenliyini və ərazi bütövlüyünü təmin edən siyasi-iqtisadi jestlər etsin. Əgər Türkiyə və Azərbaycan Ermənistan ərazisində imtiyazlı ünsiyyət rejiminə malik olmasalar, inhisarçı mövqeyi itirəcək”.
Natiq Səlim,
KONKRET.az