“Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan və qurumda müşahidəçi ölkələr təqribən 1,3 trilyon dollarlıq iqtisadi potensiala malikdir”.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin (TOBB) sədri Rifat Hisarçıklıoğlu bildirib.
Təşkilata üzv olan, 174 milyon əhalisi olan türk dövlətləri 856 milyard dollarlıq xarici ticarət həcminə malikdir. “Bu rəqəmlər sadəcə bizə bir araya gəldiyimiz zaman necə böyük bir qlobal güc ola biləcəyimizi göstərir”, – deyə o vurğulayıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə, müşahidəçi qismində Macarıstan və Türkmənistan təbii ehtiyatlara malik böyük coğrafiyanı əhatə edir.
Hisarçıoğlu vurğulayır ki, tək təbii ehtiyatlara sahib olmaq qaneedici deyil: “İqtisadi struktur şaxələndirilməlidir. Bunun üçün sənaye və ticarətə fokuslanan sahibkarlığın gücləndirilməsi lazımdır”.
Türk dövlətləri arasında ticarət həcminin artırılması və maneələrin aradan qaldırılması çox vacibdir: “Ticarətdə önəmli məsələlərdən biri də gömrük keçidləridir. Coğrafiyamızda quru gömrük qapıları böyük əhəmiyyət kəsb edir. Həyata keçirdiyimiz layihələr Birləşmiş Millətlər Təşkilatı tərəfindən uğur hekayələri kimi qəbul edilib və dünyaya nümunə göstərilib”.
Hisarçıklıoğlu daha sonra deyib: “Bu gücü səfərbər etmək üçün ilk növbədə aramızdakı iqtisadi inteqrasiyanı gücləndirməliyik. İkitərəfli azad ticarət və ya güzəştli ticarət sazişləri tamamlanmalıdır”.
Rifat Hisarçıklıoğlu ikitərəfli azad ticarət və ya güzəştli ticarət müqavilələrinin tamamlanmalı olduğunu ifadə edərək, Türkiyənin Azərbaycan və Özbəkistanla buna nail olduğunu xatırladıb.
Xidmət ticarəti və investisiyalar sahəsində azad ticarət müqaviləsi işlərinin tamamlanmasının lazım olduğunu vurğulayan Hisarçıklıoğlu vurğulayıb: “Ümid edirik ki, rəqəmsal iqtisadiyyat sahəsində aparılan danışıqlar qısa müddətdə konkret razılaşma ilə nəticələnəcək. Birincisi, biz ölkələrimiz arasında ticarət maneələrini aradan qaldırmalı və bir-birimizlə ticarəti artırmalıdır”.
Türk dövlətlərinin Avropa Birliyinə bənzər bir qurum kimi inkişaf edəcəyini əminliyini ifadə edən Hisarçıklıoğlu fikrini belə davam etdirib:
“Qadınları və gəncləri sahibkar olmağa yönəltməliyik. İnvestorları ölkələrimizə cəlb etmək üçün beynəlxalq standartlarda “arbitraj” imkanı verməliyik. Türkiyə olaraq arbitraj sistemini tətbiq etdikdən sonra ölkəmizə 1 milyard vəsait daxil olub. Biz mümkün qədər tez Transxəzər Təbii Qaz kəmərinin tikintisinə başlamalıyıq”.
Türk Dövlətləri Təşkilatı və Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin hədəflərə çatmaq üçün strateji əhəmiyyətli addımlar olduğunu ifadə edən Hisarçıklıoğlu “Beləliklə, aramızda olan həmrəylik daha da artacaq və yeni əməkdaşlıq imkanları inkişaf edəcək. İnanıram ki, əl-ələ versək, hökumətlərimiz və iş dünyası birlikdə çalışarsa türk dünyası da yeni uğur hekayələri yazacaq”.
Natiq Səlim,
KONKRET.az