“Sabah ABŞ-də prezident seçkiləri olacaq. Bu seçkilərin sanksiyalar sisteminə necə təsir edəcəyini aydındır”.
KONKRET.az xəbər verir ki, bunu deputat Elman Nəsirov deyib.
Millət vəkili qeyd edib ki, Avropa Parlamenti korrupsiya sözünün sinonimidir:
“Bunu təsadüfən demirəm. Bu yaxınlarda ABŞ-nin Almaniyadakı “Marşal” fondunun eksperti yazırdı ki, AP-də bir deputatı satın almaq üçün 600 min avro xərclənir. Hesablayın, AP-ni almaq üçün nə qədər pul lazımdır. Sabahkı seçkilərin adını təsadüfən seçmədim. Hisslərim mənə deyir ki, sabah Tramp qalib gələcək. Harris seçilsə nə olacaq? O qeyd edir ki, onun vəzifəyə gəlməsində Nensi Pelosinin rolu olub. Pelosinin də mövqeyi bəllidir. Hesab edirəm ki, bizim birliyimiz təhdidlər və təzyiqlərə qarşı qələbəmizi təmin edəcək”.
Məlik,
KONKRET.az