“II Dünya savaşından əvvəl Hitler Almaniyası ilə Yaponiyaya edilən iqtisadi məhsudiyyətlər hazırda Rusiya və Çinə tətbiq olunur”.
KONKRET.az xəbər verir ki, bu fikirlər iqtisadi-siyasi strategiyalar üzrə ekspert Abdullah Çiftçiyə məxsusdur. Ukraynanın Sevastopol hücumundan bəhs edən mütəxəssis bunun taxıl satışı əlaqəli olduğunu deyib. Çünki Kreml minaaxtaran rus gəmisinə hücumun taxıl satışı üçün körfəzə gələn bərə tərəfindən reallaşdırıldığını iddia edir.
“Şimal Axın”larına hücumlardan da bəhs edən Çiftçi partlayışlarla əlaqədar İsveç və Finlandiyadakı araşdırma nəticələrinin nədənsə paylaşılmadığını diqqətə çatdırıb:
“Nəticələr açıqlansa, Almaniya qəzəbindən partlayacaq. Çünki rus qazı almanlar üçün həyat əhəmiyyətlidir. 2 trilyonluq alman sənayesi 20-30 milyardlıq rus qazı ilə işləyir”.
Onun sözlərinə görə, situasiya III Dünya müharibəsinə az qaldığına işarədir. Nüvə müharibəsi riskləri danılsa da, təhdid qalmaqdadır. Yoxsa rus politoloqlar hədəfdə Londonun olduğunu deməzdilər:
“Nüvə müharibəsi başlasa belə, start düyməsinə Putin basmayacaq. Hələ ki əsas səbəb taxıl dəhlizidir. 2023-də Avropada taxıl və gübrə çatışmazlığına görə aclıq proqnozlaşdırılır. Lakin Rusiyanın köhnə qitəyə yolladığı 4 gəmi dənli bitkilər bunun qarşısını almağa qadirdir, əgər belə davam edərsə. Sadəcə, bir əmma var. Kimlərsə Avropanı boğmaq istəyir və taxıl dəhlizinin fəaliyyətini əngəlləməyə çalışır”.
Avropada rəqəmsal asılılıq yaratmaq istəyənlər var. ABŞ və Britaniya köhnə qitəni çökdürüb Rusiya və Çinlə qarşı-qarşıya qalmaq niyyətindədir. Abdullah Çiftçi bildirib ki, Fransanın daha əvvəl NATO-dan çıxdığı olub. Yaxın zamanda Almaniya da Şimal Alyansını tərk eləsə, təəccüblənməyə dəyməz. Bütün bunlar isə başlaya biləcək qlobal müharibədə cinah müxtəlifliyi və neytral ölkərin say çoxluğu ilə nəticələnə bilər. Hələ ki, kimin kimin yanında olacağını demək olmaz.
Natiq Səlim,
KONKRET.az