“Hizbullah” İsrail hərbi obyektlərinə 50-dən çox raket atdıbackend

“Hizbullah” İsrail hərbi obyektlərinə 50-dən çox raket atdı

“Hizbullah” Yuxarı və Aşağı Qalileydə İsrailin hərbi obyektləri və yaşayış məntəqələrinə 50-dən çox reaktiv mərmi və bir neçə raket atıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Əsas zərbə sərhəddə yerləşən Kiryat Şmona şəhərinə endirilib, Beyt Hilel, Marqaliot və Misqav Am yaşayış məntəqələrində hava həyəcanı siqnalları işə düşüb, bir sıra ərazilərdə yanğın qeydə alınıb. Bəzi raketlər İsrailin sərhəddən xeyli aralıda yerləşən Afula və Tveriya şəhərlərinin ətrafına düşüb.

Bundan əvvəl “Hizbullah” İsrailin şimalındakı Megiddo hərbi aerodromunu və Ramat David aviabazasını da atəşə tutub. Hücumlarda “Fadi-1” və “Fadi-2” raketlərindən istifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*