Hörmüz boğazında tanker yanmaqda davam edir – Rusiyanın “kölgə donanması” ilə BAĞLI ŞOK DETALbackend

Hörmüz boğazında tanker yanmaqda davam edir – Rusiyanın “kölgə donanması” ilə BAĞLI ŞOK DETAL

Hörmüz boğazında bir neçə saatdır davam edən güclü yanğın nəticəsində “Adalynn” adlı neft tankeri alova bürünüb. Beynəlxalq dəniz nəqliyyatı mənbələrinin məlumatına görə, sözügedən gəmi Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi tərkibindəki “kölgə donanması”na aiddir.

KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, gəmi ciddi ziyan görüb, heyət üzvləri təxliyə edilib. Yanğının səbəbləri rəsmi şəkildə açıqlanmasa da, ekspertlər texniki nasazlıqla yanaşı, hücum və ya diversiya ehtimalını da istisna etmirlər. Hadisə, bölgədə artan gərginlik fonunda baş verib.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətində strateji əhəmiyyətə malik əsas marşrutlardan biridir. Bu bölgədə baş verən istənilən insident qlobal neft qiymətlərinə və geosiyasi sabitliyə ciddi təsir göstərə bilər.

“Adalynn” tankerinin əvvəllər də Qərb analitikləri tərəfindən “kölgə ticarəti” ilə əlaqəli izlənildiyi, üçüncü ölkələrin bayrağı altında və izləmə sistemləri deaktiv olunmuş şəkildə neft daşıdığı bildirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*