Hoteldəki hadisədə həlak olan Eltac tələbə imiş – FOTObackend

Hoteldəki hadisədə həlak olan Eltac tələbə imiş - FOTO

Binəqədidəki “Lake Hotel”də 3 gün öncə baş verən bədbəxt hadisə zamanı həlak olanlardan Eltac Əliyev Gəncə Dövlət Universitetinin tələbəsi olub.

KONKRET.az “Gencexeber”ə istinadən xəbər verir ki, o, GDU-nun Pedaqoji fakültəsinin “Məşqçilik” ixtisası üzrə 2-ci kurs tələbəsi imiş.

Tərtər rayonunun Köçərli kənd sakini olan E.Əliyev dərslərdə yaranan qısa fasilədən istifadə edərək Gəncədən Bakıya, ailəsinin yanına gəlibmiş. Maddi çətinliklərlə üzləşən 19 yaşlı gənc bu səbəbdən paytaxtın Binəqədi rayonunda yerləşən “Lake Hotel”də müvəqqəti işə düzəlibmiş.

Qeyd edək ki, noyabrın 21-i Eltac Əliyev və daha üç restoran əməkdaşı – 27 yaşlı Cavidan Muradlı, 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalov hotelin həyətinə dəmir konstruksiyalı pilləkəni apararkən onları cərəyan vurub.

Faktla bağlı cinayət işi açılıb, hotelin icarədarı həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*