HÜDA-PAR (Hürr Dava Partiyası) Quranın yandırılmasına görə İsveçin NATO-ya üzvlüyünü Türkiyə parlamentinin təsdiq etməməsi üçün əlindən gələni edəcək.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu HÜDA-PAR-ın sədri Zəkəriyyə Yapıcıoğlu bildirib.
Qeyd edək ki, Yapıcıoğlu və onun üç partiya yoldaşı Rəcəb Tayyib Ərdoğanla ittifaq sayəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyahılarından parlamentə düşüb.
İqbal Rzayev,
KONKRET.az