Hulusi Kılıc: “Ermənistanın Gəncəyə hücumuna göz yummaq onun müharibə cinayətlərinə şərik olmaqdır”backend

Hulusi Kılıc: “Ermənistanın Gəncəyə hücumuna göz yummaq onun müharibə cinayətlərinə şərik olmaqdır"

Ermənistanın rəhbərliyi ölkəni cəngəllik qanunları, terrorçu metodlarla idarə edir. Azərbaycanın böyük şəhərlərini, dinc əhalisini hədəfə almaq bu dövlətin terrorçu mahiyyətidir. Bütün hallarda türkə düşmənçiliyi təbliğ edib ermənilərdən çirkin məqsədlər üçün istifadə etmək bu şəxslərin öz xalqlarına qarşı da cinayətkar olduğunu təsdiq edir.

KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Oktyabrın 11-də raket zərbəsi ilə Gəncə şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən vandalizm aktını Ermənistan rəhbərliyinin növbəti müharibə cinayəti kimi dəyərləndirən səfir Hulusi Kılıç deyib: “Terrorçu Ermənistanın Xocalı soyqırımı zamanı tökdüyü türk-müsəlman qanı hələ qurumayıb. Əsrlər boyu unudulmayacaq bu bəşəri cinayət bütün dünyanın gözü qarşısında həyata keçirilib. Mahiyyət etibarilə Gəncədə mülki yaşayış evlərinin ballistik raketlə vurulması Xocalı soyqırımının növbəti qanlı səhifəsidir. Bu cinayətə göz yummaq Ermənistanın müharibə cinayətlərinə şərik olmaq deməkdir.

BMT-nin aidiyyəti strukturları, ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə dərhal ədalətli münasibət bildirməlidirlər. Əks halda, bu cinayətə görə məsuliyyət daşıyırlar. Əgər həmsədrlər öz funksiyalarını dəbdəbəli ezamiyyələr, işğalçı ilə torpağı zəbt edilən ölkəyə fərq qoymadan bir-birindən fərqlənməyən məsuliyyətsiz bəyanat verməklə bitmiş hesab edirlərsə, bu, mənəvi kasadlığın son həddidir. Dinc əhalini, onlarla yaşayış məskənini, mülki evləri raket atəşinə tutmaq müharibə cinayəti və faşizm əməlidir. Qadın, qoca və uşaqların da zərər çəkdiyi bu vandalizm aktı tərəfimizdən heç zaman unudulmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*