“Humanitar yüklərin Laçın və Ağdamdan eyni vaxtda keçməsini alqışlayırıq” – Mişelbackend

“Humanitar yüklərin Laçın və Ağdamdan eyni vaxtda keçməsini alqışlayırıq” - Mişel

Nəhayət ki, Qarabağ ermənilərinə humanitar yardımlar göndərildi. Biz humanitar yüklərin Laçın və Ağdamdan eyni vaxtda keçməsini alqışlayırıq.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

“İndi bunu sadələşdirmək lazımdır. Həmçinin Bakı ilə Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı danışıqlara başlamaq lazımdır ki, Aİ bunu dəstəkləməyə hazırdır”, – Mişel qeyd edib.

Xatırladaq ki, bu gün yerli əhaliyə kömək məqsədilə Qarabağa dərman preparatları və un gətirilib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*