Çoxmərtəbəli binada yanğın: Ölən və yaralananlar varbackend

Çoxmərtəbəli binada yanğın: Ölən və yaralananlar var

Çinin Sincan-Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 10 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Yanğın noyabrın 24-də yerli vaxtla saat 19:49-da hündürmərtəbəli binanın 15-ci mərtəbəsində baş verib.

Zərərçəkənlərin hamısı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*