Hüsnü Mübarəkdən sonrakı MİSİR – SİSİ DİKTATORLUĞUbackend

Hüsnü Mübarəkdən sonrakı MİSİR - SİSİ DİKTATORLUĞU

Prezident Əbdülfəttah əs-Sisi uzun müddətdir ki, Misirdə rəqiblərini güc tətbiq etməklə sıxışdırır. O, 2013-cü ildə dövlət çevrilişi yolu ilə hakimiyyətə gələndə də zorakılığa əl atmaqdan çəkinmədi, minlərlə insanı həbs etdi və ölkədə nəhəng həbsxanalar tikməyi prioritet hesab etdi.

KONKRET.az Misir Prezidentinin fəaliyyətinə qısa nəzər salıb.

Onunla bağlı xarici mediada yazılan araşdırmalarda göstərilir ki, ölkədə hələ də zaman-zaman kortəbii etirazlar baş verə bilər, lakin bu etirazların qarşısı tez bir zamanda alınır. Belə sərt şəraitdə əks fikirlərin ifadə oluna biləcəyi yeganə sahə onlayn ünsiyyət kanallarıdır. Amma burada da repressiyadan istifadə edilir. Çünki təhlükəsizlik qüvvələri tez-tez internet istifadəçilərini hədəfə alır və yüzlərlə internet saytını senzuraya salır.

Qahirədə bəzi tarixi abidələrin sökülməsi və şəhərin mərkəzində bəzi ağacların kəsilməsi sosial media platformalarında yenidən qəzəbli paylaşımlara səbəb olub. Paytaxtda ölkənin İslam irsinin bir hissəsi olan tarixi qəbiristanlıqlar dağıdılır. Dağılan ərazilərdə körpülərin və magistral yolların salınacağı bildirilir. Memarların fikrincə, yeni layihələrin əvəzinə mədəni irs tar-mar edilir və kütləvi şəkildə məhvə məruz qalır. İş o həddə çatıb ki, tarixdə nə işğalçı dövlət, nə də təbii fəlakət Misirə bu qədər ziyan vurmayıb.

2013-cü ildə baş verən hadisələr nəticəsində ölkədə vətəndaş cəmiyyəti strukturu qalmayıb. O zaman Sisi dövlətdən asılı olmayab bütün qurumları devirib. Amma arxeoloqlar, memarlar və hüquq müdafiəçiləri sosial şəbəkələrdə öz fikirlərini bildirir, dağıntılarla bağlı etirazlarını ictimailəşdirir və təhlükə altında olan tikililərin sənədləşdirilməsi üçün çox çalışırlar. Dağıntıları dayandırmaq üçün rejimə təzyiq etmək üçün onlayn petisiyaya başlayanlar da var.

Bu arada dövlətin illərdir davam edən şəhərin mərkəzi nöqtələrində ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi siyasəti davam edib. Üstəlik, söküntünün səbəbi təkcə yol tikintisi deyil. Rejimin COP27 İqlim Sammitinə ev sahibliyi etdiyi günlərdə də səngiməyən bu siyasət rejimin “yaşıl transformasiya” və iqlim dəyişikliyi ilə mübarizə müzakirələrini davam etdirməsinə mane olmayıb. Hökumət rəsmiləri şəhərlərdə yaşıllıqlara qarşı müharibənin getdiyini inkar edir və bəzən qeyri-ciddi bəhanələrlə özlərini müdafiə etməyə çalışırlar. Facebook-da müxtəlif qruplar və səhifələr yaradılıb ki, hakimiyyət orqanlarına girişi dayandırmağa təzyiq etsinlər. Narahat məhəllə sakinlərinin yaratdığı bəzi qruplar mesajlaşma proqramları vasitəsilə təşkilatlanır və bu yolla bəzi yaşıllıq sahələri məhvdən xilas olub.

Fransız filosofu Mişel Fuko deyir ki, müasir kapitalist dövlət sosial nəzarət mexanizmlərinin inkişafı ilə birbaşa bağlıdır. Əhalinin itaətini təmin etmək üçün dövlət orqanları cəzaçəkmə müəssisələri tikir və nəzarət texnologiyalarını təkmilləşdirir.

İstənilən nəzarət və müşahidə səviyyəsinə çatmaq üçün Misir dövləti öz şəhər planlarını və qurumlarını rəsmi olaraq “hərbi” model əsasında qurur.

Fukonun təsvirinə görə, “Mükəmməl hərbi düşərgədə gücün dayaq nöqtəsi həmişə nəzarətdir”.

Kapitalist şəhər planlaması və hətta memarlığı Misir kimi ölkələrdə hərbi düşərgə modelidir. Fəhlə sinfi iqamətgahları, xəstəxanalar, ruhi xəstəxanalar, həbsxanalar və hətta məktəblər bu model əsasında tikilir.

Ölkəni bir növ hərbi düşərgəyə çevirmək səyləri müqavimətin, sosial iğtişaşların və üsyan təhlükəsinin artdığı dövrlərdə daha da güclənir və hər bir fərd dəqiq və konkret şəkildə izlənilməlidir.

Magistral yol və körpü sevgisi ilə yaşıllıqların və mədəni irsin məhv edilməsi başa düşülən deyil. Hətta 2013-cü il çevrilişlə hakimiyyətə gələn rejimin bütün dövləti və həyatı hərbiləşdirmək cəhdləri belə baş verənləri izah etməyə yetərli deyil. Misir şəhərləri o vaxtdan bəri sürətlə dəyişib. Hüsnü Mübarəkin də gözəlləşdirməyi hədəflədiyi, lakin yerli müqavimətə görə toxuna bilmədiyi kasıb məhəllələr Sisi dövründə sürətlə söküldü. Mübarəkin həyata keçirə bilmədiyi planları həyata keçirmək istəyən Sisi dərhal kobud gücə əl atır.

Belə təcrübələrin səbəblərini anlamaq üçün 1948-ci ildən sonra Parisdə baş verənlərdən misal çəkmək olar. Genişmiqyaslı sosial iğtişaşların yatırıldığı şəhərdə hüquq-mühafizə orqanlarının tez müdaxilə etməsi üçün şəhərin ictimai yerləri sökülərək yenidən tikilib. Yaşıllıqların məhv edilməsi və körpülərin tikilməsi ictimai yerləri “təhlükəsizləşdirmək” və hərbi üstünlük yaratmaq üçün zəruridir.

Məşhur Misir tarixçilərindən biri olan Xalid Fəhmi deyir: “Körpülər cəmiyyətləri parçalayır”. “Körpülər və magistral yollar cəmiyyəti kiçik hissəciklərə bölmək üçün tikilir. Biz cəmiyyətik; Bizi təhdid və narahatlıq mənbəyi kimi görürlər. Bu yollar həm də ictimai yerləri dağıtmaq üçün istifadə olunur. Misirlilər harda toplanır, birləşirlər? Meydanlarda və küçələrdə. “Bizim sosial bütövlüyümüzü əlindən almaq üçün bu əraziləri məhv edirlər.”

2011-ci il inqilabında milyonlarla insan gələcəyi görür kimi bu şüarları səsləndirirdi: “Yəsqut yəsqut hökm əl-əskar! Məsr dəvlə miş müəskər!” Bu, “Hərbi hakimiyyətə son qoy, Misir dövlətdir, ordu düşərgəsi deyil!” deməkdir.

Hazırladı: Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*