I və IV qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ CAVABbackend

I və IV qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ CAVAB

Ötən həftənin sonu Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. 

İyulun 14-də keçirilən I və IV qrupların imtahan nəticələri isə hələlik açıqlanmayıb.

KONKRET.az xəbər verir ki,modern.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, imtahan nəticələrinin önümüzdəki həftənin əvvəllərində elan edilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*