İbrahim Tatlısəs özündən 43 yaş kiçik sevgilisi ilə ailə qurdu – FOTOLARbackend

İbrahim Tatlısəs özündən 43 yaş kiçik sevgilisi ilə ailə qurdu - FOTOLAR

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəs üçüncü dəfə ailə qurub.

KONKRET.az xəbər verir ki, sənətçi özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakaya ilə evlənib.

Bu barədə Tatlısəs aparıcısı olduğu “İbo Show”da məlumat verib.

“Xoşbəxtəm. Gülçin mənə çox yaxşı baxır. Bu saatdan sonra heç kimə hesabat verəcək halda deyiləm”,- deyə müğənni bildirib.

Qeyd edək ki, ifaçı ilk dəfə Adalet Tatlı ilə evlənib, bu nikahdan Ahmet, Gülden, Gülşen adlı üç övladı var. O, daha sonra aktrisa Perihan Savaşla vətəndaş nikahında olub, Melek adlı bir qızı dünyaya gəlib.

Daha sonra Tatlısəs Dərya Tuna ilə tanış olub, İdo adlı oğlan övladları dünyaya gəlib.

İbrahim 2011-ci ildə Ayşegül Yıldızla rəsmi nikah bağlayıb, iki il sonra boşanıb. Bu evlilikdən isə bir qızı dünyaya gəlib.

Həmçinin, sənətçinin Işıl Çıtakla qeyri-rəsmi münasibətindən Dilan adlı qız övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*