İbtidai siniflərdə yeni fənn tədris ediləcəkbackend

İbtidai siniflərdə yeni fənn tədris ediləcək

2022-ci ildə ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qrupları və I-X sinifləri üçün ümumilikdə 273 adda 7297,1 min nüsxə dərslik çap edilib.

KONKRET.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd olunub ki, həmçinin ümumi təhsil müəssisələrinin I-IV sinifləri üçün “Azsaylı xalqların dili” fənni üzrə dərslik komplektləri hazırlanıb.

Hazırda I-IV siniflər üçün “Talış dili”, “Saxur dili”, “Xınalıq dili” və I sinif üçün “Haput dili” dərslik komplektlərinin çapı üzrə işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*