İcazəsiz toy təşkil edən sahibkar CƏZALANDIRILDIbackend

İcazəsiz toy təşkil edən sahibkar CƏZALANDIRILDI

Samux rayonu ərazisində fəaliyyət göstərən “Sərinim” şadlıq sarayında “e-icaze.gov.az” portalından qeydiyyatdan keçməyərək toy mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və o, 4000 manat məbləğində cərimə olunub.

Bundan başqa, polis əməkdaşları rayonun Kolayır və Qovlarsarı kəndlərində fərdi yaşayış evlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi toy mərasimləri aşkar ediblər ki, onlar barəsində də protokollar tərtib edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*