Dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.
Qeyd: Rail Abbasov ötən il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.