İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanıldı – 5 nəfərə cinayət işi açıldıbackend

İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanıldı - 5 nəfərə cinayət işi açıldı

Avqustun 30-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*