İddia: Şahzadə Harri və Meqan Markl II Yelizavetanı aldadıblarbackend

İDDİA: Şahzadə Harri və Meqan Markl II Yelizavetanı aldadıblar

Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl kraliça II Yelizavetanı aldadıb.

KONKRET.az xəbər verir ki, “Mirror”un məlumatına görə, belə iddia ilə jurnalist və yazar Penni Junor çıxış edib.

Penni hesab edir ki, bu, şahzadə və həyat yoldaşının 4 iyun tarixində dünyaya gələn qızlarına ad seçərkən baş verib. Məsələ burasındadır ki, şahzadə Harri və Markl qızları üçün yeni domen əldə ediblər.

Onlar internet ünvanını insanların gələcəkdə övladlarının adından qazanc götürməməsi üçün aldıqlarını bildiriblər. Məlumata görə, Lilibetdiana.com domen adı II Yelizavetaya zəng edilən gün alınıb, lakin jurnalist oxşar internet ünvanı lilidiana.com-un daha erkən – mayın 31-də qeydiyyatdan keçdiyini bildirib. Yəni qərar valideynlər tərəfindən qızın doğulmasından əvvəl verilib. Beləliklə, Junor əmindir ki, kraliçanı uşağın adı ilə bağlı fakt qarşısında qoyublar.

Şahzadə Harri və Meqan Markl ikinci dəfə valideyn olublar. Onların qızına şahzadənin nənəsi, Kraliça II Yelizaveta və mərhum anası Şahzadə Diananın şərəfinə Lilibet Diana adı verilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*