İDDİA: Ukrayna ordusu Kursk vilayətində bu əraziyə daxil olub?backend

İDDİA: Ukrayna ordusu Kursk vilayətində bu əraziyə daxil olub?

Kursk vilayətinin Qluşkovski rayonunda Rusiyanın əks-hücumuna cavab olaraq Ukrayna ordusu başqa bir yerdə, sərhədin yeni hissəsində Qluşkovski rayonuna soxulmağa cəhd edib.

KONKRET.az xəbər verir ki, bu iddia ilə Rusiyaya məəxsus hərbi Telegram kanalları çıxış edib.

Bir neçə Telegram kanalı qeyd edib ki, Ukrayna bölməsi sərhəddəki Medvejye kəndinə daxil olub. Bəziləri isə yazıb ki, hücum Novıy Put qəsəbəsi yaxınlığında həyata keçirilib.

Ukrayna mənbələri bu barədə hələ heç nə yazmayıb.

BBC-nin məlumatına görə, son iki gün ərzində rus bölmələri Qluşkovski rayonunun şərqində, Snaqost və Apanasovka kəndləri xəttində əks-hücuma keçib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*