İdman müəllimi şagirdləri təhqir edib? – VİDEObackend

İdman müəllimi şagirdləri təhqir edib? – VİDEO

Paytaxtın Xətai rayonunda yerləşən 254 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərinə qarşı fiziki şiddət göstərdiyi iddia olunur.

KONKRET.az baku.vs-ə istinadən xəbər verir ki, həmin məktəbdə fiziki tərbiyə fənnini tədris edən müəllim Səməndər Allahverdiyev şagirdləri döyərək təhqir edib:

“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şagirdləri təhqir edir, alçaldır və uşaqları vurur. Görüntülərdəki şagirdlər həmin məktəbin 10d sinif şagirdləridir”, – deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət ünvanlanıb.

Qurumun media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov sorğuya cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi haqqında əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*