İdmançı Olimpiadada çıxış etmək əvəzinə Yaponiyaya iş axtarmağa gəlibbackend

İdmançı Olimpiadada çıxış etmək əvəzinə Yaponiyaya iş axtarmağa gəlib

Yaponiyanın İdzumisano şəhərində düşərgədə itkin düşən uqandalı ağırçəkili atletin qaldığı hoteldən məktubu tapılıb.
KONKRET.az “Ölkə.az”a istinadən xəbər verir ki, o ölkəsindəki çətin həyat və Yaponiyada iş axtarmaq niyyətində olduğu barədə yazıb.

Ötən gün 20 yaşlı Culius Sekitolekonun gündəlik PCR testinə gəlmədiyi məlum olub. Sonra Yaponiyada qaldığı müddətdə dünya reytinqinin düşdüyü və olimpiadalara qatıla bilmədiyi ortaya çıxıb. O da, məşqçisi də Yaponiyanı tərk etməli idi.

Atlet eyni zamanda Uqandadakı arvadı üçün də məktub yazıb. Məlum olub ki, idmançı yaxın stansiyadan böyük şəhər olan Naqoya gedən sürət qatarına bilet alıb.

Polis onun axtarışına davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*