Olimpiya kəndində yaşayan idmançılar yeməklə bağlı problemlərdən şikayətləniblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Olimpiya kəndinin əsas restoranında səhər yeməyi zamanı bir sıra qida çatışmazlığı ilə bağlı problemlər yaranıb. Məsələn, idmançılara məhdud sayda yumurta təklif olunub və bu hal çoxlarının xoşuna gəlməyib.
İdmançılar arasında çox sevilən qril ətinin qıtlığı da olub. İdmançıların qidalanması ilə məşğul olan şirkət bu problemdən xəbərdar olduğunu və bu məhsulların tədarükünü təşkil etmək üçün çox çalışdığını bildirib.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunları iyulun 26-da başlayır. Açılış mərasimi bu gün baş tutacaq.
Günel Mikayılova,
KONKRET.az