İdmançımız Avropa çempionu oldubackend

İdmançımız Avropa çempionu oldu

Azərbaycanın ağırlıqqaldıranı Boyanka Kostova Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

KONKRET.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 95 kq-la bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

Ümumilikdə 211 kq (95 + 116) nəticə göstərən Kostova yekun sıralamada da Avropa çempionu olub.

Qeyd edək ki, yarışda Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvələrini sınayacaq. Əliş Nəzərov 102 kq çəkidə B, Dadaş Dadaşbəyli isə A qrupunda çıxış edəcək.

Xatırladaq ki, Boyanka Kostova 2012, 2015 və 2016-ci illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*