İdmançımız Xaçatryanı məğlub edib, finala yüksəldibackend

İdmançımız Xaçatryanı məğlub edib, finala yüksəldi

Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.

Azərbaycan Boks Federasiyasından KONKRET.az-a verilən məlumata görə, +80 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.

Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.

O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.

Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*