İƏT Təmas Qrupu Ağdam və Gəncəyə səfər edəcəkbackend

İƏT Təmas Qrupu Ağdam və Gəncəyə səfər edəcək

Cari ilin 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 06 aprel tarixində nümayəndə heyətinin, Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə işğaldan azad edilmiş Ağdam rayonu və Gəncə şəhərinə səfəri baş tutacaq. (11:30-13:00 Ağdam rayonu, 15:30-17:30 Gəncə şəhəri).

Səfər çərçivəsində həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*