İftarı restoranda yox, evdə açın – VİDEObackend

İftarı restoranda yox, evdə açın - VİDEO

İaşə obyektlərində iftar məclislərinin təşkili, nəticədə kafe və restoranlarda sıxlıq yaranması pandemiya ilə əlaqədar təhlükəsizlik qaydalarına ziddir. Çünki bu, ağır fəsadlara, yəni yoluxma sayının kəskin artmasına səbəb ola bilər.

Xüsusi karantin rejimi dövründə kütləvi dini mərasimlər müvəqqəti olaraq keçirilməməli və iftar hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmalıdır. Qafqaz Müsəlmanları İdarəsi yoluxmaların artma təhlükəsinə görə ibadət edənləri və oruc tutanları diqqətli olmağa çağırır.

Bütün dünyada müsəlmanların qadağalara əməl etməsi xüsusi diqqətdə saxlanılır. Koronavirusun daha da geniş yayılmaması məqsədi ilə Ramazan ayında Türkiyədə sərt karantin rejimi tətbiq olunur, habelə Misirdə xeyriyyə məclisləri, Dağıstanda isə məscidlərə getmək qadağan olunub.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb. Mayın 13-də isə ölkədə Ramazan bayramı qeyd olunacaq.

/report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*