II Yelizavetin ölüm səbəbi açıqlandıbackend

II Yelizavetin ölüm səbəbi açıqlandı

Britaniya kraliçası II Yelizavetin ölümünün səbəbi açıqlanıb.

KONKRET.az xəbər verir ki, Şotlandiyanın Rekordlar Bürosu tərəfindən dərc edilən arayışda kraliçanın ölüm səbəbinin yaşlılıq olduğu bildirilib.

Sənədə görə, kraliça sentyabrın 8-də yerli vaxtla saat 15.10-da “yaşlılıq” səbəbindən vəfat edib.

70 ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Yelizavet sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib. Şahzadə Çarlz III Çarlz adını alaraq kral olub, arvadı Kamilla kraliça status alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*