III Çarlza yenə yumurta atdılar – VİDEObackend

III Çarlza yenə yumurta atdılar - VİDEO

Britaniyada Luton şəhərində gəzərkən kral III Çarlzın üstünə yumurta atılıb.

KONKRET.az “Sky News”a istinadla xəbər verir ki, polis hücumçunu saxlayıb. Hadisədən sonra təhlükəsizlik işçiləri kralı şəhərin mərkəzində toplaşan izdihamın arasından uzaqlaşdırıb. Monarx daha sonra ictimaiyyət nümayəndələri ilə görüşməyə davam edib.

Qeyd edək ki, u, son bir ayda ikinci belə hadisədir. Bundan əvvəl, noyabrın 10 -da 23 yaşlı gənc III Çarlz və Kraliça Consort Kamillaya yumurta atmağa çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*