İki baş iribuynuzlu heyvan yol qəzasına səbəb oldu – Sürücü xəsarət aldıbackend

İki baş iribuynuzlu heyvan yol qəzasına səbəb oldu - Sürücü xəsarət aldı

Şəkidə yol qəzası törədən Beyləqan sakini xəsarət alıb.

Beyləqan rayon sakini idarə etdiyi “Opel-Astra” markalı 99 OJ 354 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidə iki baş iribuynuzlu heyvanı vuraraq qəza törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, sürücü, 1991-ci il təvəllüdlü Beyləqan rayonu Mil qəsəbə sakini Seyidəli İlqar oğlu Hacıyev xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 44-cü kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*