İki kənd arasında münaqişə: Yüzə yaxın adam toplaşdı – VİDEObackend

İki kənd arasında münaqişə: Yüzə yaxın adam toplaşdı - VİDEO

Dağıstan Respublikasında (Rusiya) avqustun 11-də axşam saatlarında iki kəndin sakinləri arasında münaqişə yaranıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Noqayski ərazisinə yüzə yaxın adam toplaşıb.

Dağıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, münaqişəyə Batır-Murza və Şumelik kəndlərinin sakinləri arasında qarşılıqlı iddialar səbəb olub.

Münaqişənin genişlənməsinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən Dağıstan Daxili İşlər Nazirliyinin rəhbərliyi və rayon administrasiyasının nümayəndələri hadisə yerinə gəlib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*